"Rusiya G7/G8-ə qoşulmağı xahiş etməyib. Bizi həmin vaxt onlar özü dəvət etmişdilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin medianın suallarını cavablandırarkən deyib.
"G7/G8-ə gəlincə, biz qoşulmaq üçün müraciət etməmişik. Bizi bir dəfə ora dəvət etdilər və biz onlarla işlədik. Bu, müəyyən mövqelərin əlaqələndirilməsi üçün platformadır", - Putin bildirib.
Zeynəb Rzayeva
Bakı 



