• Bakı 12° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Binanın çökməsi zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI

HADİSƏ

27 Noyabr 2025 | 12:12

Binanın çökməsi zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI

Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli qəzalı yaşayış binasının birinci mərtəbəsində döşəmənin çökməsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 23-ü saat 06:20-də baş verən hadisə zamanı xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda 2 nəfərin müalicəsi təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Digər 2 nəfər isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, noyabrın 23-ü sözügedən ünvanda yaşayış binasının birinci mərtəbəsinin döşəməsi çöküb, nəticədə dörd nəfər xəsarət alıb.


SON XƏBƏRLƏR

26 Noyabr 2025