• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Pirotexniki vasitələr satan daha 11 nəfər saxlanıldı

HADİSƏ

26 Dekabr 2025 | 17:10

Pirotexniki vasitələr satan daha 11 nəfər saxlanıldı

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Daxili işlər Nazirliyin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, paytaxt və bölgələrdə keçirilən növbəti tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR