• Bakı C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül oldu

HADİSƏ

26 Dekabr 2025 | 14:27

Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül oldu

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin PMK adlanan yaşayış massivində qeydə alınıb.

İkimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən Xatirə Əliyevaya məxsuz ümumi sahəsi 35 kvadratmetr olan 2 otaqlı mənzildə qəfil yanğın başlayıb. Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. Buna baxmayaraq, ev yanaraq külə çevrilib.

Yanğın zamanı evdə xəstə olan iki nəfər yanğından xilas olunub, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR