• Bakı 12° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Zakir Həsənov İsrail nümayəndə heyətini qəbul edib

SİYASƏT

27 Noyabr 2025 | 17:21

Zakir Həsənov İsrail nümayəndə heyətini qəbul edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İsrail Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəisi, briqada generalı Daniel Qoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Azərbaycanla İsrail arasında xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyətindən razılığını bildirib.

Görüşdə hər iki ölkə arasında hərbi əlaqələrin inkişafında qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR