• Bakı 12° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Ceyhun Bayramov İtaliyada dəyirmi masa müzakirəsində iştirak edib

CƏMİYYƏT

27 Noyabr 2025 | 17:59

Ceyhun Bayramov İtaliyada dəyirmi masa müzakirəsində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində "Aspen Institute Italia"da keçirilən dəyirmi masa müzakirəsində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, XİN başçısı bu barədə "X"də yazıb.

O, səmimi qarşılanmaya görə "Aspen Institute Italia"nın sədri və İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı (Aİ) İşləri Komitəsinin sədri Ciulio Tremontiyə təşəkkür edib:

"Eyni zamanda institutun üzvlərinə və İtaliyanın nüfuzlu şəxslərinə faydalı müzakirələr və ünvanladıqları suallar üçün minnətdaram. Dəyirmi masa müzakirələrimiz Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq, regional və qlobal təhlükəsizlik, enerji əməkdaşlığı və yeni bağlantı təşəbbüslərini əhatə etdi. Konstruktiv dialoq üçün minnətdarlığımı bildirirəm və İtaliyanın siyasət və akademik ictimaiyyəti ilə əməkdaşlığımızın davamlı olacağına ümid edirəm".


SON XƏBƏRLƏR