Mərakeşin Fəs şəhərində keçirilən İnterpolun 93-cü Baş Assambleyasında fransalı polis rəisi Lukas Filipe beynəlxalq polis təşkilatına yeni prezident seçilib.
Bakıvaxtı.az bu barədə İnterpolun rəsmi saytına istinadən xəbər verir.
Məlumata görə, 53 yaşlı fransızın namizədliyinin lehinə 84 assambleya üzvü səs verib.
Yeni rəhbərlə yanaşı, təşkilatın Asiya üzrə vitse-prezident və Afrika, Asiya və Avropa üzrə nümayəndələri təyin olunub:
Asiya üzrə vitse-prezident – Çindən Van Yonq
Afrika üzrə nümayəndələr – Tunisdən İssam Fetui
Keniyadan Məhəmməd İbrahim Amin
Asiya üzrə nümayəndə – Yaponiyadan Kazumi Oqasavara
Avropa üzrə nümayəndə – İtaliyadan Stefano Karvelli.
Trend
Bakı 



