• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Neftçi"də istefa sonrası vəziyyət: Klubdan RƏSMİ AÇIQLAMA

İDMAN

27 Noyabr 2025 | 11:28 | Müəllif: Əli Hüseynov

"Neftçi"də istefa sonrası vəziyyət: Klubdan RƏSMİ AÇIQLAMA

Son günlər futbol ictimaiyyətində “Neftçi”də Samir Abasovun istefasından sonra daxili çaxnaşmaların yarandığı ilə bağlı müxtəlif iddialar səslənir.

İddialara görə, Abasovun gedişindən sonra bəzi futbolçular da klubla yollarını ayıracaqlar.

Bakıvaxtı.az bununla bağlı klubun mətbuat katibi Asəf Zeynallıya müraciət edib.

Yayılan issialara münasibər bildirən A.Zeynallının sözlərinə görə, komanda hazırlıq prosesini plana uyğun davam etdirir və kollektiv bu gün keçirilən məşqdən sonra Tovuza yola düşəcək.

Müsahibimiz qeyd edib ki, komanda hazırda Sənan Qurbanovun rəhbərliyi altında məşq edir və futbolçular arasında hər hansı narazılıq və ya daxili problem mövcud deyil.

“Səsləndirilən ehtimallar həqiqəti əks etdirmir və komanda tam şəkildə qarşıdakı oyuna köklənib”, - deyə Asəf Zeynallı vurğulayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026