Honq Konqda yaşayış kompleksində baş verən və çox sayda insanın öldüyü yanğınla bağlı üç nəfər saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, saxlanılanlar binalarda təmir işləri aparan tikinti şirkətinin iki direktoru və bir məsləhətçi-mühəndisdir.
Qeyd edək ki, son məlumatlara görə, ölənlərin sayı 55-ə çatıb, daha 100 nəfər yaralanıb, 279 nəfər itkin düşüb.
***
27/11/2025 - 16:55
Honq Konqun Tay Po rayonunda yaşayış kompleksi yanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər hakimiyyəti məlumat yayıb.
İlkin məlumata görə, yanğın karaoke-barda başlayıb. Baş vermiş yanğında 12 nəfər ölüb. Bildirilib ki, 16 nəfər xəsarət alıb.
















