• Bakı 12° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Kəlbəcərdəki hərbi hospital mülki vətəndaşlara da xidmət göstərəcək

CƏMİYYƏT

27 Noyabr 2025 | 16:48

Kəlbəcərdəki hərbi hospital mülki vətəndaşlara da xidmət göstərəcək

Kəlbəcərdə fəaliyyət göstərən Müdafiə Nazirliyinin hərbi hospitalı müvəqqəti olaraq mülki vətəndaşlar üçün də xidmət göstərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli məlumat verib.

H.İbrahimli əlavə edib ki, hazırda Kəlbəcərdə mülki vətəndaşlar üçün xəstəxana fəaliyyət göstərmədiyindən tibbi xidmət almaqdan ötrü saatlarla yol qət etməyə məcbur olurlar:

"Ona görə də tibbi xidmətin təşkili üçün adıçəkilən hospitalla müqavilə imzalanıb. Müqaviləyə əsasən, Kəlbəcərdə yeni tibb müəssisəsi tikilinə qədər hospitalda həm də mülki əhaliyə xidmət göstəriləcək".

Report


SON XƏBƏRLƏR