• Bakı 11° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Diqqət dağınıqlığı gəncləşir: Psixoloqlar səbəbləri və çıxış yollarını AÇIQLADILAR

CƏMİYYƏT

27 Noyabr 2025 | 16:30

Diqqət dağınıqlığı gəncləşir: Psixoloqlar səbəbləri və çıxış yollarını AÇIQLADILAR

Dövrümüz inkişaf etdikcə, müasir insanlarda diqqət problemi sürətlə yayılmağa davam edir. Xüsusən də insanlarımız kitab oxumaqdan qaçır və bütün məlumatları daha asan yollarla internet üzərindən almağa çalışır.

Maraqlıdır ki, insanlarda kitab oxumaq vərdişini necə bərpa etmək olar? Ümumiyyətlə, diqqət problemi insanlara psixoloji olaraq necə təsir edir?

Mövzu ilə bağlı psixoloqların fikirlərini öyrəndik.

Fərqanə Mehmanqızı: Sosial şəbəkələrdən az istifadə etmək lazımdır ki, diqqət cəmləmə problemi yaranmasın

Psixoloq Fərqanə Mehmanqızı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu gün insanların əksəriyyəti diqqət dağınıqlığından əziyyət çəkir. Bu diqqət dağınıqlığı daha çox orta təhsil müəssisələrində, gündəlik məişət işlərində, eləcə də insanların iş fəaliyyətində özünü göstərir.

Onun sözlərinə görə, diqqət problemi kifayət qədər gəncləşib. Hətta 3-4 yaşında olan uşaqlar diqqət dağınıqlığı probleminə görə valdieynləri tərəfindən psixoloji mərkəzlərə aparılır:

"Diqqət dağınıqlığının bir neçə səbəbi var. Bunun əsas səbəblərinə sağlam qidalanmanın olmaması, yuxu rejiminin normal olmaması, stress və sosial şəbəkələrdən ativ şəkildə istifadə olunmasıdır. Bu problemin qarşısını almaq üçün gün ərzində mütləq kitab oxumaq lazımdır. Kitab oxumaq üçün ən azı 10-15 dəqiqə vaxt ayırmaq vacibdir. Bundan başqa, diqqət oyunlarına və məntiq testlərinə üstünlük vermək olar. Bundan başqa, bir müddət sosial şəbəkələrdən uzaq durmaq məqsədəuyğundur".

F.Mehmanqızının fikrincə, sosial platformalardan müəyyən müddətlik uzaq durmaq diqqət probleminin aradan qalxmasına effektiv təsir göstərir.

"Düzdür, müasir dövrümüzdə sosial platformalardan tamamilə uzaqlaşmaq mümkün deyil. Lakin mümkün qədər sosial şəbəkələrdən az istifadə etmək lazımdır ki, diqqət cəmləmə problemi yaranmasın. Biz buna "sosial detoks" deyirik. Əgər bu addımlar effekt vermirsə, bu halda mütləq şəkildə mütəxəssisə müraciət etməyə ehtiyac var. Çünki diqqət probleminin qarşısı alınmasa, getdikcə daha ağır problemlərə yol aça bilir", - deyə müsahibimiz izah edib.

Vüsalə Əmiraslanova: Diqqət problemi olan insanlarda yaddaş problemi qaçılmaz olur

Psixoloq Vüsalə Əmiraslanova isə öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, müasir insanlarda ən çox rast gəlinən psixoloji problemlərdən biri diqqət problemidir:

"Bu gün əksər insanlarda diqqətin fokuslanması və paylanmasında problemlər mövcuddur. Bunun səbəblərdən biri sosial şəbəkələrlə əlaqəlidir. Bəzən qısa videolara baxan insanlar artıq informasiyanı həmin görüntülərdən alırlar və demək olar ki, kimisə uzunmüddətli dinləmirlər. Bu insanlar hansısa mövzuya uzunmüddətli fokuslana və diqqət yönəldə bilmirlər. Ümumilikdə bu gün diqqət problemi bütün sahələrdə özünü göstərir. Diqqət problemi olan insanlarda yaddaş problemi qaçılmaz olur. Yaddaşda problem olanda isə gündəlik olaraq müəyyən çətinliklər yaşanır və çevrə tərəfindən yaxşı qəbul olunmur".

V.Əmiraslanova vurğulayıb ki, əvvəlki dövrlərdə canlı kitab oxumaq insanlarda hissiyyatı formalaşdırır, görmə və səbirlə axıra kimi gözləməyi formalaşdırırdı. Müasir dövrdə isə insanların kitab oxuması çox azalıb və daha çox elektron kitablara üstünlük verilir. Bu isə diqqət problemini artıra bilir.

"Elektron kitab oxumaq estetik olaraq geriləməyimizə yol açır. Ona görə də kitaba marağı artırmaq üçün öncəliklə böyüklər uşaqların yanında kitab oxumağı öyrənməlidir. Bundan başqa, uşaqlar üçün kitab saatı elan etmək olar və ya ayın sonuna kimi kitabı oxuyb bitirən uşağa hansısa mükafat verilə bilər. Bu addımlar həvəsləndirmə üsullarından biridir", - deyə psixoloq əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR