Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli səylərinə hərtərəfli dəstək və yardım göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada ölkəsinə ilk apostol səfəri ilə gələn Roma Papası XIV Leo ilə danışıqlardan sonra deyib.
"Son günlər biz Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağa yönəlmiş hadisələri diqqətlə izləyirik və lazımi dəstək və yardımı göstərməyə çalışırıq", - deyə Ərdoğan bildirib.
Aynur Babazadə
Bakı 



