• Bakı 12° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Polis əməliyyat keçirdi, 62 kq narkotik aşkarlandı

HADİSƏ

27 Noyabr 2025 | 10:53

Polis əməliyyat keçirdi, 62 kq narkotik aşkarlandı

62 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Astara rayonunda keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov tutulublar.

Saxlanılan şəxslərdən ümumilikdə 62 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən götürdüklərini və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

26 Noyabr 2025