• Bakı 12° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Nərə balığının ovuna qoyulan qadağa uzadıldı

CƏMİYYƏT

27 Noyabr 2025 | 18:44

Nərə balığının ovuna qoyulan qadağa uzadıldı

Xəzəryanı ölkələr (Azərbaycan, Rusiya, Qazaxıstan, İran, Türkmənistan) 2026-cı il üçün Xəzər dənizində nərə balıqlarının kommersiya məqsədli ovuna qoyulmuş qadağanı uzatmaq barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Rosrybolovstvo" məlumat yayıb.

Qadağanın uzadılması barədə qərar Türkmənistanda keçirilmiş Xəzər dənizinin su bioresurslarının qorunması, onların səmərəli istifadəsi və ümumi ehtiyatların idarə olunması üzrə komissiyanın 9-cu sessiyasının yekunları əsasında qəbul olunub.

2026-cı ildə də, əvvəlki kimi, nərə balığı növlərinin ovuna yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaldılma üçün icazə veriləcək.

Bundan əlavə, Xəzəryanı ölkələr dənizin ümumi akvatoriyası üçün vahid balıqçılıq qaydaları yaratmağı planlaşdırırlar. Bu, su bioresurslarının ümumi ehtiyatlarının daha səmərəli istifadəsini təmin edəcək və balıqçılıq mühafizəsi tədbirlərinin effektivliyini artıracaq.

İclasda beş ölkənin nümayəndələri həmçinin 2026-cı il üçün ümumi su bioresurslarının ov həcmlərini razılaşdırıblar.


SON XƏBƏRLƏR