• Bakı 23° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

NATO-dan Litvaya: Ordunu cəlb etməyə hazırıq!

DÜNYA

29 Oktyabr 2025 | 00:36 | Müəllif: Subhan Mahmudov

NATO-dan Litvaya: Ordunu cəlb etməyə hazırıq!

NATO Litvanın hava məkanını pozan helium şarları ilə mübarizəsini tam dəstəkləyir, alyansın hava və quru qüvvələrini bu ölkəyə cəlb etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte X-də yazıb.

"Litva Prezidenti Gitanas Nauseda ilə Litva hava məkanındakı təhdidlər barədə danışdım. NATO hazırda İspaniya və Macarıstanı əhatə edən hava patrulu missiyası və Almaniyanın rəhbərlik etdiyi döyüş qrupu da daxil olmaqla, Litvaya dəstəyini qətiyyətlə davam etdirir", - Rutte yazıb.

Qeyd edək ki, Litva ölkə ərazisinə Belarusdan olan qaçaqmalçılar tərəfindən helium şarlarının buraxıldığını bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026