Rusiya və Ukrayna xüsusi xidmət orqanları münaqişəyə baxmayaraq, bir-biri ilə daim əlaqə saxlayır və hərbi əsirlərin mübadiləsi də daxil olmaqla humanitar məsələlər üzrə əməkdaşlığı davam etdirirlər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirdiyi mətbuat konfransında bildirib.
O vurğulayıb ki, iki ölkənin xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq ən çətin dövrlərdə belə dayanmayıb.
“Bizim xüsusi xidmət orqanlarımız həmişə bir-biri ilə əlaqədə olublar və hazırda da əlaqədədirlər”, – deyə Rusiya Prezidenti qeyd edib.
Bakı 



