ABŞ ən yeni və müasir silahlardan istifadə etməsinə baxmayaraq, İrana qarşı 12 günlük müharibədə uğur qazana bilməyib.
Bakıvaxtı.az-ın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Ali Rəhbəri Əli Xamenei televiziya müraciətində bildirib.
Onun sözlərinə görə, İran xarici müdaxiləyə qarşı güclü müqavimət cəbhəsi yaradıb və bunu qorumaq vacibdir: "Bizim kimi bir ölkə hamıdan daha çox səfərbərliyə ehtiyac duyur. Dünyada çoxlu düşmənçilik, tamahkarlıq, hakimiyyətlərin müdaxiləsi var və bütün bu zülmlərə, həddindən artıq hərəkətlərə qarşı müqavimət elementi mövcud olmalıdır".
İranın daxilində və regionda baş verən son hadisələrə toxunan Xamenei bildirib: "12 günlük müharibədə İran xalqı, şübhəsiz ki, həm Amerikaya, həm də … (İsrail – red.) qalib gəldi. Onlar heç nə əldə etmədən geri döndülər, yəni məqsədlərinin heç birinə nail ola bilmədilər. Bəli, biz itkilər verdik, əziz həyatları itirdik, bunda heç bir şübhə yoxdur, müharibənin təbiəti belədir. Amma düşmənə vurulan maddi zərər ölkəmizə dəyən zərərdən qat-qat çox oldu"./report
Bakı 



