• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ “Green Card 2026” müraciətlərini buna görə gecikdirib

DÜNYA

27 Noyabr 2025 | 23:47 | Müəllif: Subhan Mahmudov

ABŞ “Green Card 2026” müraciətlərini buna görə gecikdirib

ABŞ-dəki “Green Card” lotereyası proqramına 2026-cı il üçün müraciətlərin hələ də açılmaması namizədlər arasında geniş müzakirələrə səbəb olub. 

Bakıvaxtı.az xəbər verir ki, adətən, oktyabr–noyabr aylarında başlayan proses bu il ilk dəfə olaraq gecikir.

Qeyd edək ki, ABŞ mediası gecikmənin səbəbi kimi müraciət sistemində aparılan texniki yenilikləri göstərir. İddialara görə, proqramda 1 dollarlıq qeydiyyat haqqı tətbiq olunacaq və bunun üçün sistem yenilənir. Bu ödənişin məqsədi saxta müraciətlərin qarşısını almaq və yüklənməni azaltmaqdır.

Bundan başqa, bir neçə ildir müzakirə edilən pasport tələbinin geri qaytarılması ehtimalı da gündəmdədir. Onu da bildirək ki, lotereyaya müraciətlərin dəqiq vaxtı qeyd edilməsə də, prosesin yaxın zamanlarda başlaması gözlənilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026