• Bakı 17° C

    1.28 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Alüminiumun qiyməti 2900 dolları keçdi

CƏMİYYƏT

28 Oktyabr 2025 | 23:47

Alüminiumun qiyməti 2900 dolları keçdi

Oktyabrın 28-də alüminium qiymətləri təxminən 3,5 ilin ən yüksək səviyyəsinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "LME" ticarət platformasından bildirilib.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 20:40 üçün "LME"də üç aylıq alüminium fyuçerslərinin qiyməti 0,6% artaraq bir ton üçün 2893,5 dollar təşkil edib. Ticarət sessiyası ərzində isə 2022-ci ilin may ayından bəri ən yüksək səviyyəyə, bir ton üçün 2900,3 dollara çatıb.

"Trading Economics" qeyd edib ki, qiymətlər qısa müddətdə təklifin məhdudluğu və uzun müddətdə müsbət tələb proqnozları fonunda yüksəlir.


SON XƏBƏRLƏR

28 Oktyabr 2025