• Bakı 17° C

    1.28 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Türkiyə silah ixracatına görə dünyada 11-ci yerdədir - Ərdoğan

DÜNYA

29 Oktyabr 2025 | 00:44

Türkiyə silah ixracatına görə dünyada 11-ci yerdədir - Ərdoğan

Türkiyə silah ixracatının həcminə görə dünyada 11-ci yerə çıxıb. Türkiyənin müdafiə sənayesi məhsulları 180 ölkəyə ixrac olunur. Lakin biz nail olduğumuzla kifayətlənməyəcəyik və müdafiə sektorunda idxaldan asılılığımızı tamamilə aradan qaldırmağı hədəfləyirik.

Bakıvqxtı.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığına ilk yerli istehsal olan “Altay” tankının təhvil verilməsi mərasimində bildirib.

Onun sözlərinə görə, ВМС şirkətinin yeni müəssisəsi ayda səkkiz “Altay” tankı və 10 “Altuğ” zirehli döyüş maşını istehsal etmək gücünə malikdir.

““Altay” tanklarının vacib komponentləri də daxil olmaqla, xarici təchizatçılardan istənilən asılılığı aradan qaldırmağa çalışırıq”, - deyə prezident Ankaranın yerli hərbi-sənaye kompleksinin inkişafında qətiyyətini vurğulayıb.

Türkiyə lideri hesab edir ki, məhdudiyyətlər və maneələr Türkiyənin bəyan etdiyi məqsədlərə doğru yolunu ləngidə bilər, lakin qarşıya qoyulan məqsədlərinə çatmasına mane ola bilməz. “Biz ya məqsədimizə alternativ yol tapacağıq, ya da yeni bir yol acacağıq”, - deyə Ərdoğan qeyd edib.

 


SON XƏBƏRLƏR

28 Oktyabr 2025