• Bakı 19° C

    17.22 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Almaniya Hərbi Dəniz Qüvvələri 2029-cu ilə qədər lazer silahı ala bilər

DÜNYA

29 Oktyabr 2025 | 11:40

Almaniya Hərbi Dəniz Qüvvələri 2029-cu ilə qədər lazer silahı ala bilər

Yeni lazer silah sistemi 2029-cu ilə qədər Almaniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilə bilər.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın avtomobil hissələri istehsalçısı və müdafiə şirkəti "Rheinmetall" açıqlama yayıb.

 Açıqlamaya görə, lazer silahlarının ilk nümunələri Meppendəki (Aşağı Saksoniya) tədqiqat mərkəzində sınaqlardan uğurla keçib. Layihə uzun illər "Rheinmetall" şirkəti ilə uğurla əməkdaşlıq edən MBDA-nın dəstəyi ilə həyata keçirilir.

"Alman ordusu yeni lazer silahından pilotsuz uçuş aparatlarını, sürətli qayıqları və lazım gələrsə, idarə olunan raketləri məhv etmək üçün istifadə edə biləcək", - açıqlamada vurğulanıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

28 Oktyabr 2025