Qüdsün cənubundakı hərbi nəzarət-keçid məntəqəsi yaxınlığında İsrail sərhəd qüvvələrinin keçirdiyi əməliyyat zamanı bir fələstinli yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, insident əsgərin avtobusdan düşərək fələstinlilərə atəş açması nəticəsində baş verib.
Hadisə bir neçə saat əvvəl Cenin şəhərində iki fələstinlinin İsrail qüvvələri tərəfindən yaxın məsafədən güllələnməsi fonunda yaşanıb.
Cenin Qaçqınlar Düşərgəsi yaxınlığında isə təslim olmuş iki fələstinlinin İsrail qüvvələri tərəfindən öldürüldüyü iddia edilir.
Əli Hüseynov
Bakı 



