Braziliyanın Rio-de-Janeyro əyalətində narkotiklərlə mübarizə əməliyyatı zamanı azı 60 nəfər, o cümlədən, 4 polis əməkdaşı həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, əyalət qubernatoru Klaudio Kastro bildirib ki, “Comando Vermelho” cinayət təşkilatına qarşı keçirilən əməliyyata 2500 polis və 32 zirehli texnika cəlb edilib.
Silahlı qarşıdurmalar zamanı təhlükəsizlik qüvvələri 81 nəfəri saxlayıb. Qubernator əməliyyatın əyalət tarixində ən genişmiqyaslı əməliyyat olduğunu qeyd edib.
Əli Hüseynov
Bakı 


