Peru məhkəməsi keçmiş prezident Pedro Kastilonu qiyam ittihamı ilə 11 il 5 ay 15 gün həbs cəzasına məhkum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.
Meksikanın Limadakı səfirliyində gizlənən keçmiş baş nazir Betsi Çaves də eyni müddətə məhkum edilib.
Qeyd edək ki, 7 dekabr 2022-ci ildə Pedro Kastilo deputatların onun korrupsiya ittihamı ilə impiçmentinə baxmağı planlaşdırdıqları iclasdan qısa müddət əvvəl Konqresin buraxıldığını elan etdi. Parlament müzakirəni davam etdirib və prezidentin vəzifəsindən kənarlaşdırılmasına səs verib.
Bakı 



