Yaponiya və ABŞ Hind-Sakit okean regionunda mövcudluğunu ardıcıl olaraq artırmaq və müdafiə alyansı çərçivəsində birgə hərbi təlimləri intensivləşdirmək niyyətindədir.
Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın yeni müdafiə naziri Şinjiro Koizumi amerikalı həmkarı Pit Heqset ilə Tokioda danışıqlardan sonra bildirib.
O, bildirib ki, Heqsetlə Cənubi Koreya, Avstraliya və Filippin kimi müttəfiq ölkələrlə məlumat mübadiləsi də daxil olmaqla, müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
"Biz dünyanın ən böyük ittifaqını – Yaponiya-ABŞ alyansını gücləndirmək üçün, ilk növbədə, birgə komandanlıq strukturunu təkmilləşdirməli, Hind-Sakit okean regionunda birgə mövcudluğumuzu gücləndirməli və təlimləri intensivləşdirməliyik. Bu, Yaponiya-ABŞ alyansının prioritet vəzifələridir. ABŞ Yaponiyadan müdafiə xərclərini mümkün qədər tez artırmasını gözləyir", - deyə Koizumi bildirib.
Gülşən Şərif
Bakı 


