• Bakı C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Keçmiş məhkumdan 4 kiloqramdan artıq narkotik vasitə aşkarlandı

    HADİSƏ

    30 Yanvar 2026 | 12:23

    Keçmiş məhkumdan 4 kiloqramdan artıq narkotik vasitə aşkarlandı

    Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, tədbir zamanı əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum olunmuş 62 yaşlı Elmi Məmmədov saxlanılıb.

    Onun əlində olan bağlamaya baxış zamanı 4 kiloqram 300 qrama yaxın marixuana və tiryək aşkarlanıb.

    Elmi Məmmədov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

    Faktlarla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


    SON XƏBƏRLƏR

    29 Yanvar 2026