• Bakı C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

DİN-dən əməliyyat - Saxlanılanlar var

HADİSƏ

30 Yanvar 2026 | 12:43

DİN-dən əməliyyat - Saxlanılanlar var

Bakıda polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir. 

Bakıvaxtı.az xəbər verir ki, tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən —41 yaşlı Orxan Ağamalı, tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar. Onlardan 34 kiloqram 450 qram müxtəlif xassəli narkotik vasitələr aşkarlanıb. 

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

29 Yanvar 2026