• Bakı C

    7.42 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Qızıl ixracından gəlirlərimiz 54 % artdı

İQTİSADİYYAT

30 Yanvar 2026 | 10:54

Qızıl ixracından gəlirlərimiz 54 % artdı

2025-ci ildə Azərbaycan 326,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 54% çoxdur.

Təkcə dekabrda isə Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 15,9 % çoxdur.

Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.


SON XƏBƏRLƏR

29 Yanvar 2026