Rusiyanın Baş naziri Mixail Mişustin Adam Xakimovun Rusiyanın Azərbaycandakı yeni ticarət nümayəndəsi təyin edilməsi barədə sərəncam imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, sənəd hüquqi aktların rəsmi portalında dərc olunub.
Sərəncamda qeyd olunur ki, Adam Salaudinoviç Xakimov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi təyin edilsin.
Bununla yanaşı, Rusiyanın Baş naziri digər sərəncamla xidmət müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar olaraq Ruslan Mirsayapovu vəzifəsindən azad edib.
Bakı 




