2025-ci ildə Ukraynanın hücumları nəticəsində Rusiyada 1000-dən çox mülki şəxs həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.
"Ümumilikdə, 2025-ci ildə Ukrayna silahlı qruplaşmaları tərəfindən təşkil edilən hücumların, terror aktlarının və məhkəməsiz edamların qurbanı ən azı 6483 mülki şəxs olub. Bunlardan ən azı 5418-i yaralanıb və ya şikəst olub. Ən azı 1065 mülki şəxs həlak olub", - rusiyalı diplomat qeyd edib.
Bakı 




