• Bakı C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Bayram günlərində qidalanmaya tədricən keçid edilməlidir

CƏMİYYƏT

18 Mart 2026 | 15:09

Bayram günlərində qidalanmaya tədricən keçid edilməlidir

"Ramazan və Novruz bayramlarında düzgün qidalanma qaydalarına əməl olunmaması mədə-bağırsaq problemlərinə səbəb ola bilər".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib.

Onun sözlərinə görə, uzun müddət davam edən orucluqdan sonra bayram günlərində qida rejiminin qəfil dəyişdirilməsi orqanizm üçün əlavə yük yaradır. Xüsusilə yağlı və şirniyyatlı qidaların birdən-birə çox qəbul edilməsi müxtəlif həzm pozuntularına səbəb ola bilər.

E.Məmmədov qeyd edib ki, bayram günlərində qidalanmaya tədricən keçid edilməlidir:

“Yemək zamanı tələsmək olmaz, qidalar yaxşı çeynənilməlidir. Qida qəbulları arasında ən azı 4 saat fasilə saxlanılması tövsiyə olunur. Bayram süfrəsində təqdim olunan müxtəlif təamları bir günə deyil, bir neçə günə bölmək daha məqsədəuyğundur. Adətən bayram 4-5 gün davam edir. Qidaları porsiyalarla qəbul etmək lazımdır ki, orqanizm yüklənməsin”.

Həkim vurğulayıb ki, hər il bayramlardan sonra mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi halları artır:

“Biz artıq post-Ramazan və post-Novruz dövründə bu cür müraciətlərin artmasına hazır oluruq. Ona görə də əsas məqsədimiz insanları düzgün qidalanma vərdişləri ilə bağlı maarifləndirməkdir ki, bayram günlərini sağlam şəkildə keçirsinlər”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR