• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

SEPAH rəsmisi təhdid etdi - “Şiddətli atəş altına alınacaq”

DÜNYA

18 Mart 2026 | 22:09 | Müəllif: Subhan Mahmudov

SEPAH rəsmisi təhdid etdi - “Şiddətli atəş altına alınacaq”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri ABŞ-nin regiondakı hərbi bazaları ilə yanaşı, Yaxın Şərq ölkələrindəki neft infrastrukturunu da birbaşa hədəf seçdiklərini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, general bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Təngsiri İran xalqının küçələrdəki dəstəyinin regionda yeni tənzimləmələrə yol açacağını bildirərək, hədəf siyahısının yeniləndiyini vurğulayıb:

“ABŞ ilə əlaqəli neft qurğuları artıq Amerika bazaları ilə eyni səviyyədədir və şiddətli atəş altına alınacaq”.

SEPAH komandanı həmçinin həmin ərazilərdə çalışan işçilərə və mülki vətəndaşlara ciddi xəbərdarlıq edərək, onları bu obyektlərdən uzaq durmağa çağırıb.

Qeyd edək ki, sözügedən bəyanat ABŞ və İsrailin İranın cənubundakı neft-qaz yataqlarına, o cümədən Əsəluyə bölgəsinə endirdiyi zərbələrə cavab kimi qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026