• Bakı C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Tramp yüzillik qanunu 2 aylıq dayandırdı

DÜNYA

18 Mart 2026 | 22:46

Tramp yüzillik qanunu 2 aylıq dayandırdı

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının qapadılması səbəbindən rekord həddə çatan neft qiymətlərini cilovlamaq üçün tarixi qərar verib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt “X” sosial şəbəkəsindəki paylaşımında məlumat yayıb.

Məlumata görə, Tramp 1920-ci ildə qəbul edilmiş “Cons aktı”nı (Jones Act) 60 gün müddətinə dayandırıb. Levitt bildirib ki, bu addım “Epik Qəzəb” əməliyyatı çərçivəsində neft bazarındakı kəskin dalğalanmaların qarşısını almaq və daxili bazarda yanacaq təminatını sabitləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, bu qərarla ABŞ lideri müvəqqəti olaraq xarici bayraqlı gəmilərə Amerika limanları arasında neft, təbii qaz, kömür və gübrə daşımağa icazə verib. Normalda sözügedən qanun bu daşımaların yalnız ABŞ-də inşa edilmiş və Amerika vətəndaşları tərəfindən idarə olunan gəmilərlə həyata keçirilməsini tələb edirdi.

Xatırladaq ki, İranın Hörmüz boğazını tamamilə bağlaması və tankerlərin hərəkətini qadağan etməsi qlobal neft tədarükünün 30%-ni risk altına qoyub./Qafqazinfo


SON XƏBƏRLƏR

18 Mart 2026