• Bakı C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

ADSEA sədri Abşeronda vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR

CƏMİYYƏT

18 Mart 2026 | 14:29

ADSEA sədri Abşeronda vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Bakıvaxtı.az xəbər verir ki, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov martın 18-də Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Abşeron, Zəngilan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə sədr Zaur Mikayılov və Abşeron Rayon  İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. 

Müraciətlər əsasən içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan təlabatın ödənilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


SON XƏBƏRLƏR