• Bakı C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Mərkəzi Bank bu qaydaları dəyişib

İQTİSADİYYAT

18 Mart 2026 | 11:09

Mərkəzi Bank bu qaydaları dəyişib

“Tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması Qaydası”nda dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov yeni qərar imzalayıb.

    Qərara əsasən, onlayn alınmış pul nişanı seçilmiş vaxtda götürülməzsə, AMB alıcı ilə əlaqə saxlayaraq yeni vaxt müəyyən edəcək. Həmin vaxtda da götürülmədiyi halda sifariş ləğv ediləcək və ödənilmiş məbləğ 3 iş günü ərzində geri qaytarılacaq.

    Bundan başqa, pul nişanlarının geri alınması zamanı ekspertiza təqdim edən şəxsin iştirakı ilə aparılacaq və vəsait həmin gün nağd və ya nağdsız qaydada ödəniləcək.

    Pul nişanının həqiqiliyinə şübhə yarandıqda isə əlavə ekspertiza aparılacaq, nəticədən asılı olaraq məbləğ 3 iş günü ərzində qaytarılacaq.


    SON XƏBƏRLƏR

    17 Mart 2026