• Bakı 27° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Azadlıq prospektində işıqforlar niyə işləmir?

CƏMİYYƏT

18 Mart 2026 | 10:10

Azadlıq prospektində işıqforlar niyə işləmir?

Azadlıq prospektində işıqforların işləməməsinin səbəbi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdüri Ömər Xıdırov məlumat verib.

O bildirib ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospektində işıqforların işləməməsinə səbəb qurğularda yaranan problem yox, ərazidə elektrik enerjisi verilişinin obyektiv səbəblərdən dayandırılmasıdır:

"Məsələ ilə bağlı aidiyyəti üzrə məlumat verilib və işıqforların qısa müddətə işinin bərpa olunması istiqamətində işlər görülür. Sürücülərə tövsiyə olunur ki, ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026