• Bakı C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Naxçıvanda içməli su olmayacaq

CƏMİYYƏT

18 Mart 2026 | 12:39

Naxçıvanda içməli su olmayacaq

Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar martın 18-də Naxçıvan şəhərinin bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq.

Fasilə S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələrini, 10 və 11-ci küçələri, Atabəylər, Babək, Əlincə, Azərbaycan məhəllələrini, həmçinin 6, 54, 56, 58, 60 və 61-ci məhəllələri əhatə edəcək.

Bununla yanaşı, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində də su təchizatında müvəqqəti məhdudiyyətlər olacaq.

Təmir-bərpa işləri gün ərzində yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.


SON XƏBƏRLƏR

17 Mart 2026