"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu yaxınlarda Dərnəgül dayanacağını sərnişinlərin istifadəsinə verilməsi istiqamətində işləri başa çatdırır.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kürdəmir stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, qısa zamanda dayanacağın açılışı baş tutacaq.
Qeyd edək ki, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaq turniket binaları, yerüstü keçid və 4 platforma ilə tezliklə sərnişinlərin xidmətində olacaq.
Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişlənəcək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan olacaq.
Bakı 




