• Bakı C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Rusiyaya iriqmiyaslı kiberhücum edildi

CƏMİYYƏT

18 Mart 2026 | 12:34

Rusiyaya iriqmiyaslı kiberhücum edildi

2026-cı ilin mart ayında Rusiya şirkətləri iri-miqyaslı DDoS-hücum dalğası ilə üzləşib. Kiberhücum ümumilikdə 4 milyondan çox kompüter və başqa cihazları ehtiva edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “StormWall” pres-relizində qeyd olunur.

DDoS hücumu (Distributed Denial of Service) — çoxsaylı kompüter və cihazların eyni vaxtda hədəf serverə və ya veb-resursa kütləvi sorğular göndərməsi ilə həyata keçirilən kiberhücum növüdür. Bu proses nəticəsində sistem resursları həddindən artıq yüklənir, xidmətin fəaliyyəti zəifləyir və ya tamamilə dayanır. Nəticə etibarilə, istifadəçilər həmin onlayn xidmətə çıxış əldə edə bilmirlər.

Məlumata əsasən, kiberhücumun əsasını “Kimwolf” adlı botnet təşkil edib.

Hücumlar çoxmərhələli xarakter daşıyıb və bir neçə gün davam edib. Pik yüklənmə martın 4-də qeydə alınıb, bu zaman intensivlik saniyədə təxminən 700 min sorğuya çatıb. Eyni zamanda, kibercinayətkarlar seqmentləşdirilmiş taktika tətbiq edərək botnetin hamısını eyni vaxtda deyil, onun ayrı-ayrı hissələrini işə salıblar ki, bu da trafikin aşkarlanmasını və filtrasiya olunmasını çətinləşdirib.

“StormWall”un məlumatına görə, zərərli sorğular dünyanın müxtəlif ölkələrindən yönləndirilib. IP ünvanlarının ən yüksək konsentrasiyası Braziliyada (30,1%), ABŞ-da (24,9%) və Hindistanda (18,8%) qeydə alınıb. İlk onluğa həmçinin Böyük Britaniya (8,1%), Türkiyə (5,3%), Pakistan (5%), Banqladeş (3,1%), Kanada (3,1%) və Argentina (2,9%) daxil olub. Bot-hücumlar seriyasında iştirak edən yoluxmuş cihazların sayına görə Rusiya 5-ci yeri tutub. Ümumi istifadə olunan IP ünvanlarının 6,7%-i Rusiyanın payına düşüb./Trend 


SON XƏBƏRLƏR

17 Mart 2026