• Bakı C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Şirin çay və bal vərdişi diabet riskini artırır - XƏBƏRDARLIQ

CƏMİYYƏT

18 Mart 2026 | 15:13

Şirin çay və bal vərdişi diabet riskini artırır - XƏBƏRDARLIQ

"Yanlış qidalanma vərdişləri, xüsusilə şəkərli içkilər və yüksək kalorili məhsullar diabet riskini artıran əsas amillərdən sayılır".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun canlı yayımında bildirib.

Onun sözlərinə görə, diabet xəstəliyi dünya üzrə artan tendensiya göstərir və bu artımın əsas səbəblərindən biri gündəlik qidalanmada edilən səhvlərdir. E.Məmmədov qeyd edib ki, xüsusilə bəzi ənənəvi vərdişlər bu riskləri daha da artırır:

"Şirin çay istehlakı sağlam qidalanma prinsiplərinə uyğun deyil. Uzun illərdir məlumdur ki, şəkərli çay orqanizm üçün faydalı qida vərdişi hesab olunmur və bu, qanda şəkərin sürətlə artmasına səbəb olur”.

E.Məmmədov bildirib ki, balın təbii məhsul olmasına baxmayaraq, həddindən artıq istifadəsi də risklidir:

“Balın qlikemik indeksi yüksəkdir. Eyni zamanda xurma kimi qidalar da normadan artıq qəbul edildikdə artıq kaloriyə çevrilir. Məsələn, 2 ədəd xurma qəbul etmək normaldır, lakin 4-5 ədəd artıq yüksək enerji deməkdir.

Qəbul edilən kalorinin xərclənməməsi piylənməyə gətirib çıxarır: “Əgər qəbul etdiyiniz karbohidrat və enerji sərf olunmursa, bu, orqanizmdə piy kimi toplanır və nəticədə obezlik yaranır”.

Həkimin sözlərinə görə, məhz bu kimi yanlış qidalanma davranışları zamanla diabet və digər metabolik xəstəliklərin formalaşmasına zəmin yaradır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR