Martın 18-də saat 01:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi ) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, bu gün Qazaxda yol nəqiyyat hadisəsi baş verib. Belə ki, rayon ərazisində hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Aynur Babazadə
Bakı 




