İsrail Müdafiə Qüvvələri (IDF) İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi öldürüldüyünü rəsmən elan edib.
Bakıvaxtı.az xəbər verir ki, IDF-in açıqlamasında deyilir ki, gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında Tehrana hədəflənmiş zərbə nəticəsində İranın kəşfiyyat nazirini məhv edib.
***
14:49
İranın kəşfiyyat naziri İsmayıl Xətib öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
Onun sözlərinə görə, Xətib ötən gecə İsrailin Tehrana endirdiyi zərbə nəticəsində öldürülüb.
***
13:01
İsrail İranın kəşfiyyat naziri İsmail Xatibi öldürməyə cəhd edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
"Ötən gecə biz İran kəşfiyyat nazirini aradan götürməyə cəhd etdik. Hücumun nəticələrini gözləyirik, amma görünür, hər şey qaydasındadır", - deyə məlumatda bildirilib.
















