q
  • Bakı 13° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

“Vilayəti-fəqih“ sistemi: İranda real gec kimdədir?

DÜNYA

17 Aprel 2026 | 13:57

“Vilayəti-fəqih“ sistemi: İranda real gec kimdədir?

“Bu gün İranda hakimiyyətin mümkün transformasiya variantları barədə bir çox ekspert rəyinə rast gəlinir. Bu baxımdan, İran İslam Respublikasının dövlət konsepsiyası ilə tanış olmaqda fayda var”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq XİN başçısı bildirib ki, İranda “Vilayəti-fəqih” əksər parametrlərinə görə, təkcə Quran əsaslarına deyil, həm də 6 əsas şiə cərəyanına əsaslanır:

“Bu, 1979-cu ilə qədər İranda dominantlıq edən Cəfəriliyə də zidd olan bir konsepsiyadır. Əslində, bu konsepsiya katolisizmin Papalıq institutu, Rusiya İmperiyasının “Müqəddəs Sinod” və ya Anqlikan kilsəsi ilə bir növ uyğunlaşdırmadır. Belə ki, dünyəvi hakimiyyətin rəhbəri "Allahla onun bəndəsi arasında vasitəçi" elan edilir. Qısaca desək bu, çox vaxt irsi prinsip üzrə ötürülən mütləq hakimiyyəti təmin edən dövlət quruluşunun “ideoloji” əsasıdır”.

T.Zülfüqarovun fikincə, müsəlman Pakistanın nümayəndə heyəti İranda atom layihələrini saxlamaq hüququ üçün deyil, SEPAH da daxil olmaqla, teokratik elitanın hakimiyyət üzərindəki tam monopoliyasını qoruyub saxlamaq hüququ və imkanı üçün mübarizə aparır.

Aydın Baxış


SON XƏBƏRLƏR