• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Türkiyədən İran və ABŞ-yə XƏBƏRDARLIQ

DÜNYA

17 Aprel 2026 | 14:55

Türkiyədən İran və ABŞ-yə XƏBƏRDARLIQ

“Türkiyə ABŞ və İranın ən qısa müddətdə uzunmüddətli razılaşmaya dair razılığa gəlməsini gözləyir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.

Nazir bildirib ki, münaqişənin uzanması qlobal tənəzzül riski yaradır.

“ABŞ və İran tezliklə sülh razılaşmasına nail olmasa, qlobal tənəzzül riskləri var. Ümid edirik ki, tezliklə sülh razılaşması əldə olunacaq”, - o qeyd edib.

Bayraktarın sözlərinə görə, Türkiyə İrandakı münaqişə səbəbindən enerji təhlükəsizliyi ilə bağlı problemlər yaşamır: “Ümumi neft idxalımızın təxminən 10 faizini Hörmüz boğazı vasitəsilə edirik. Vəziyyət nəzarət altındadır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026