Azərbaycan Xarici İşlər Nazirliyi Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik "X" hesabında məlumat yayıb.
"18 Mart – Çanaqqala Zəfəri Günüdür. Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir. Ruhları şad olsun!", - deyə paylaşımda qeyd edilib.
Bakı 




