q
  • Bakı 14° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

İlham Əliyev Antalyada Tufan Erhürmanla görüşdü - FOTOLAR - YENİLƏNİB

SİYASƏT

17 Aprel 2026 | 12:51

İlham Əliyev Antalyada Tufan Erhürmanla görüşdü - FOTOLAR - YENİLƏNİB

Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, dövlətimizin başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirıb.

Söhbət zamanı Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunulub.

Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür edib.

Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edilib.

Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulanıb, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

***

11:24

Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.


SON XƏBƏRLƏR

16 Aprel 2026