• Bakı C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Şirniyyatı sonda yeyin - Sadə qaydalarla şəkər sıçrayışından qorunun

CƏMİYYƏT

18 Mart 2026 | 15:22

Şirniyyatı sonda yeyin - Sadə qaydalarla şəkər sıçrayışından qorunun

"Şirniyyatın düzgün vaxtda və qaydada qəbulu qanda şəkərin kəskin artmasının qarşısını ala bilər".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib. 

Onun sözlərinə görə, şirniyyatları yeməyin əvvəlində deyil, məhz sonunda qəbul edilməsi daha düzgün yanaşmadır. E.Məmmədov qeyd edib ki, yağlı və əsas qidadan sonra qəbul edilən desertlər qanda qlükozanın kəskin yüksəlməsini müəyyən qədər ləngidir.

Həkim vurğulayıb ki, qidalanmadan sonra fiziki aktivlik də vacibdir:

“Yeməkdən sonra uzanmaq və ya yatmaq olmaz. Ən azı 20 dəqiqə yüngül gəzinti etmək qanda şəkərin sürətlə artmasının qarşısını alır. Şirniyyatların lifli və faydalı qidalarla birlikdə qəbul edilməsi daha məqsədəuyğundur. Desertlər yeməyin ən sonunda təqdim olunmalı, göyərti, çərəz və qurudulmuş meyvələrlə birlikdə qəbul edilməlidir”.

E.Məmmədov əlavə edib ki, şirniyyatların düzgün olmayan qəbulu həm tez acmaya, həm də əhval dəyişikliklərinə səbəb olur: “Şəkərli qidalar qısa müddətdə enerji versə də, sonradan halsızlıq və əhval düşkünlüyü yaradır”.

Ekspert qeyd edib ki, səhər saatlarında yalnız şirniyyatla qidalanmaq gün ərzində enerji balansını pozur və insanın özünü zəif hiss etməsinə səbəb olur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR