• Bakı C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

 Qastroenteroloqdan bayram üçün vacib tövsiyələr

CƏMİYYƏT

18 Mart 2026 | 15:12

 Qastroenteroloqdan bayram üçün vacib tövsiyələr

"Bayram günlərində şirniyyat və yüksək kalorili qidaların düzgün qəbul olunmaması həm kökəlməyə, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun canlı yayımında bildirib.

Onun sözlərinə görə, bayram süfrəsində təqdim olunan qidaların əksəriyyəti yüksək karbohidrat və kalorili olur ki, bu da orqanizmə əlavə yük yaradır. E.Məmmədov qeyd edib ki, həm dadlı qidalanmaq, həm də kökəlməmək üçün müəyyən qaydalara əməl etmək mümkündür.

Həkim bildirib ki, şirniyyatların qəbulu zamanı onların boş mədəyə yeyilməsi tövsiyə olunmur:

“Son tədqiqatlar göstərir ki, desertlər lifli qidalarla birlikdə qəbul edildikdə qanda şəkərin kəskin artımı baş vermir. Bu isə insulin ifrazının ani yüksəlməsinin qarşısını alır”.

Dediyinə görə, şəkərin qanda sürətlə artması gələcəkdə diabet, qarın piylənməsi və qaraciyərin yağlanması kimi problemlərə yol aça bilər:

“Bu baxımdan şirniyyatları çərəzlər, qurudulmuş meyvələr - məsələn, badam, püstə, iydə və xurma ilə birlikdə qəbul etmək daha məqsədəuyğundur. Bu qidalar bir-birini balanslaşdırır”.

E.Məmmədov əlavə edib ki, meyvənin özü ilə şirəsi arasında ciddi fərq var:

“Meyvə liflə birlikdə qəbul edildiyi üçün şəkər qana tədricən sorulur və sabit səviyyədə qalır. Amma meyvə şirəsi içildikdə şəkər birbaşa qana keçir və qaraciyərdə toplanaraq yağlanmaya səbəb olur. Xüsusilə meyvə şirələrinə meyilli olan şəxslərdə qarın nahiyəsində piylənmə daha çox müşahidə edilir və buna görə də meyvələrin bütöv şəkildə istehlakı daha faydalıdır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR