• Bakı C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

"Telegram"da yüz mindən çox kanal bağlandı

CƏMİYYƏT

18 Mart 2026 | 14:13

Telegramda yüz mindən çox kanal bağlandı

"Telegram" rəhbərliyi dünya üzrə onların siyasətinə qarşı çıxan 114 348 kanal və qrupu blokladığını bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, platformanın rəsmi saytında yenilənən statistikadan məlum olur.

Qeyd olunur ki, ilin əvvəlindən "Telegram"da 10 milyon 186 mindən çox qrup və kanal bloklanıb.

Məlumata görə, 2023-cü ilin dekabrından bəri ən kütləvi bloklanma bu il yanvarın 1-də baş verib - təxminən 543 min qrup və kanal.

Xəbərdə bildirilir ki, 2025-ci ildə "Telegram" administrasiyası onun siyasətini pozan kanalları və qrupları 2024-cü ildəkindən təxminən 2.7 dəfə çox bloklayıb - 44 milyondan çox./Oxu.Az


SON XƏBƏRLƏR