q
  • Bakı 14° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

30 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi

    CƏMİYYƏT

    17 Aprel 2026 | 12:47

    30 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin yanvar-mart ayları ərzində əlilliyi olan 30,2 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, onlardan 15,2 mininə ambulator, 7,5 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.

    Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

    Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.


    SON XƏBƏRLƏR